Sumqayıtda "Prius"la toqquşan yük maşını aşıb, XƏSARƏT ALANLAR VAR
    • 17-02-2024, 13:28
    • 178

Sumqayıtda "Prius"la toqquşan yük maşını aşıb, XƏSARƏT ALANLAR VAR

Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

Belə ki, "İsuzu" markalı yük avtomobili ilə "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə "İsuzu" aşaraq restoranın məhəccərlərini yararsız hala salıb.

Qəza zamanı "Toyota Prius"un sürücüsü Vüsal Hacılı və bir sərnişin xəsarət alıb, onların hər ikisi xəstəxanaya yerləşdirilib./Report/