-
- 10-07-2024, 16:50
- 397
“Boşanmış qadına intim obyekt kimi baxırlar”
“Sevdiyim yoxdur. Sevmək üçün insan fədakar olmalıdır. Təəssüf ki, sevgidən sonra gələn hissi yaşaya bilməmişəm. Azərbaycan cəmiyyətində boşanmış qadına intim obyekt kimi baxırlar”.
News24.az OLAY-a istinadla yazır ki, bu sözləri “Həftənin qonağı” verilişində Əməkdar artist Lalə Məmmədova deyib. O, açıqlamasında qadınlarının boşandıqdan sonra yaşadıqlarından söz açıb:
“Boşanmış qadına yalnız onu xoşbəxt etməyə qadir insan yaxın durmalıdır. O qadın bir dəfə yıxılıb, parça-parça olub. Ayağa durur, özünü yapışdırır. O qadının özündən ağır mənəvi yükü var. Hələ övladı varsa... Onu xoşbəxt edəcəksənsə, yaxın durmalısan. Sevilmək duyğusu qadını bütün plastik əməliyyatdan, kosmetikadan gözəl göstərir. Əgər bir qaşıq sevgi verib çömçə-çömçə burnundan gətirəcəksənsə, elə qadın tək qalsın. Qadın özünü xoşbəxt etməyi bacarmalıdır. Qərara gəldim ki, Azərbaycan kişisi xoşbəxt olmaq istəmir. Çünki eqosu birincidir. Mən-mən deyir”.