Bred Pittin övladları onunla görüşmürlər..
    • 10-07-2024, 22:00
    • 321

Bred Pittin övladları onunla görüşmürlər..

Bir müddət əvvəl Formula 1 filmi ilə gündəmə gələn məşhur aktyor Bred Pittin uzun müddət idi ki, övladlarını görmürdü.

News24.az xəbər verir ki, Ancelina Coli 2016-cı ildə uçuş zamanı Pittin ona və uşaqlarından birinə qarşı zorakılıq etdiyini və bu hadisənin cütlüyün boşanmasına səbəb olduğunu iddia etmişdi. 48 yaşlı Coli fiziki zorakılığın 2016-cı ildə təyyarə hadisəsindən "çox əvvəl" başladığını iddia edib.

Cütlüyün son aylarda 18 yaşı tamam olan qızı Şilohun "Pitt" soyadının silinməsi üçün məhkəməyə müraciət etdiyi öyrənilib.

Gənc qız təqdim etdiyi sənədlərlə artıq atası Bred Pittin soyadını istifadə etmək istəmədiyini bildirərək məhkəməyə müraciət edib. Şilo bundan sonra yalnız Shiloh Jolie adını istifadə etmək istədiyini bildirib.

Şilonun qərarından sonra Bred Pitin digər uşaqları ilə münasibətlərinin yaxşı olmadığı üzə çıxıb.

“People” jurnalının məlumatına görə, 60 yaşında Pittin böyük uşaqları ilə “demək olar ki, heç bir əlaqəsi olmadığı”, lakin hələ də kiçik uşaqlarını gördüyü bildirilib.

Günel Məlikzadə