İcra başçısı iki aydır işə çıxmır - SƏBƏB
    • 10-07-2024, 17:07
    • 669

İcra başçısı iki aydır işə çıxmır - SƏBƏB

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun səhhətində problem yaranıb.

News24.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, o, iki aydır ki, işə çıxmır.

Hazırda Tofiq İbrahimovu onun birinci müavini İsmayıl Yusifzadə əvəz edir. Onun nə vaxt işinə qayıdacağı bəlli deyil.