Səbaildə Eldar Əzizovu bu xanım əvəz edir - FOTO
    • 17-07-2018, 10:11
    • 1 317

Səbaildə Eldar Əzizovu bu xanım əvəz edir - FOTO

Xəbər verdiyimiz kimi, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub.  E.Əzizov birinci müavin kimi həm də şəhər meri səlahiyyətini icra edəcək.
 
Bəs Eldar Əzizovu Səbaildə kim əvəz edir? 

News24.az-ın əldə etdiyi məlumata görə, hazırda icra başçısı səlahiyyətlərini 1-ci müavin Xalidə Bayramova icra edir.

O, 14 fevral 2006-ci il tarixində Səbail rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə, 11 iyul 2007-ci il tarixində isə başçının 1-ci müavini vəzifəsinə təyin edilib.