Rusiyanın axtarışa verdiyi azərbaycanlı BAKIDA TUTULDU
    • 10-07-2024, 23:08
    • 342

Rusiyanın axtarışa verdiyi azərbaycanlı BAKIDA TUTULDU

Rusiyanın axtarışa verdiyi azərbaycanlı Bakıda tutulub.

News24.az Lent.az-a istinadla bildirir ki, 1994-cü il təvəllüdlü Nurlan Abuşov Rusiya Cinayət Məcəlləsinin 158-ci (oğurluq) maddəsi ilə təqsirli bilinib. 

Rusiya hüquq-mühafizə orqanları Nurlan Abuşov barəsində dövlətlərarası axtarış elan edib.

Azərbaycan polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nurlan Abuşov Bakı şəhərində tutulub.