Məhsul yığımı üçün hazırlanan LİFT
    • 10-07-2024, 17:39
    • 143

Məhsul yığımı üçün hazırlanan LİFT

Fermer Mehmet Alkan 3 il ərzində beynində hazırladığı sistemi 15 gün ərzində həyata keçirib.

News24.az xəbər verir ki, oğlu Kağan Alkanın metal emalatxanasında yığdığı və nəvəsi Atlasın adını qoyduğu, məhsulların yığılması üçün istifadə edilən liftlə  fermer Alkan iş yükünü yarıya endirib.

Mehmet Alkan dizayn etdiyi liftdən danışıb: 

"İllərdir işçi tapmaqda problemlər yaşayırıq. Çünki ağaca çıxmaq riskli olur və yıxılma təhlükəsi yaranır. 3-4 ildir ki bunlar haqqında düşünürəm. Mühəndis gəlinimə dedim ki, belə bir layihəni nəzərdə tuturam. O, bizə ideyalar verdi və işə başladıq. Hündürlüyü 3 metr olan bu lift 4 nəfəri daşıya bilir.  Bunları beynimdə tərtib etmişdim. 

İşçilər də çox razı qaldılar. Düşmək təhlükəsi yoxdur. Oğlum qaynaq işləri ilə məşğul idi, biz bunu həvəskar qaynaq maşınında etdik. Bu layihəni başdan sona tamamlamaq 15 gün çəkdi". 

Əlavə olaraq Alkan bildirib ki, lift 190 min lirəyə hazırlayıb.

Məryəm İlhamqızı