Qırılan liftdə Təranə Qumral da olub?
    • 25-06-2024, 13:02
    • 5 787

Qırılan liftdə Təranə Qumral da olub?

Bakıda Ağa Nemətulla küçəsi, 70 ünvanında 17 mərtəbəli binada liftin trosu 7-ci mərtəbədə olarkən qırılıb.

News24.az bizim.media-ya istinadla xəbər verir ki, qəza nəticəsində 5 qadın müxtəlif növ ciddi bədən xəsarətləri alıb. 

Həmin liftdə müğənni Təranə Qumral da olub. 

Həmin binada yaşadığını təsdiqləyən Təranə bildirib ki, o liftdən çıxdıqdan sonra bu dəhşətli hadisə baş verib:

"Liftin içində olmamışam, amma xəsarət alan xanımlarla üzbəüz gəlmişəm. Mən qızımla liftdən çıxmışam, onlar giriblər. Daha sonra lift qırılıb. Həmin hadisə mənim də başıma gələ bilərdi. Binadakı qan hələ də təmizlənməyib, lift də təmir olunmayıb. SEO Xidməti

Biz 13-cü mərtəbədə yaşayırıq. Hər gün mənzilimizə ayaqla qalxıb düşürük. 17 ildir ki, bu binada yaşayırıq və bu illər ərzində lift sarıdan çox əziyyət çəkirik. Bina yiyəsizdir. Hələ də bizə çıxarış da verilməyib. Dəfələrlə aidyyatı qurumlara müraciət və şikayət etsək də heç bir nəticə yoxdur".