TFF seçkiyə 3 namizədlə gedir
    • 10-07-2024, 23:30
    • 293

TFF seçkiyə 3 namizədlə gedir

Daha əvvəl namizədlik planlarını açıqlayan İsmail Uyanık və Erdal Alkış hələ lazımi sənədləri təqdim etməyiblər. Sabah başa çatacaq namizədlik prosesində 64 konqres üzvünün imzası tələb olunur.

News24.az xəbər verir ki, 2 ildir prezidentlik edən Mehmet Büyükekşiyə rəqib olacaq Servet Yardımcı və İbrahim Hacıosmanoğlu lazımi sayda imza toplayıb.

Müavin 7 ildir ki, UEFA İcraiyyə Şurasında çalışır. 

Qeyd edək ki, Hacıosmanoğlu 2013-2015-ci illərdə "Trabzonspor"un prezidenti olub.

Günel Məlikzadə