Sahibə Qafarova Rusiyaya getdi
    • 10-07-2024, 18:16
    • 260

Sahibə Qafarova Rusiyaya getdi

VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və BRİKS ölkələrinin X Parlament Forumunda iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Bu barədə News24.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Pulkovo” hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Pavel İtkin, Sankt-Peterburq hökumətinin hazırkı üzvü və Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədri Evgeniy Qriqoryev, MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova BRİKS Parlament Forumunun plenar və MDB PA-nın Şura iclaslarında iştirak edəcək.