Günəş altında qalmağın yaxşı və pis tərəfləri - VACİB AÇIQLAMA
    • 10-07-2024, 18:46
    • 279

Günəş altında qalmağın yaxşı və pis tərəfləri - VACİB AÇIQLAMA

Çimərlik mövsümü başlayandan insanlar günün isti saatlarını da dəniz kənarında keçirtməyə üstünlük verir. Bəs, Günəş altında çox qalmaq nələrə səbəb ola bilər?

News24.az bildirir ki, mövzu haqqında Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Moderator.az-a danışdı:

“Günəş altında çox qalmaq, ümumiyyətlə tempraturun yüksək olması, gün vurma ilə müşahidə olunan bir sıra problemlər ortaya çıxara bilər. İlk anlarda xroniki xəstəlikləri  (ürək damar, şəkər və s.) olan insanlarda adaptasiya imkanları məhdudlaşır və onlarda ciddi şəkildə artıq həyati funksiyaların pozulması halları, baş ağrıları, ürək bulanmaları yarada bilər. Bu baxımdan gün vurmadan qorunmaq lazımdır, çalışmaq lazımdır ki, havanın isti olduğu saatlarda evdə, sərin yerlərdə vaxt keçirsinlər. Əgər önəmli işlə bağlı evdən çıxmaq məcburiyyəti varsa bu zaman gündən qorunmaq üçün müxtəlif yollardan, yəni, baş örtüyü və çətir kimi qoruyucu vasitələrdən yararlanmaq lazımdır ki, davamlı günəş şüası öz neqativ təsirini göstərməsin. Yox əgər gün vurması baş veribsə bu zaman həkimə qədərki ilkin tibbi yardım göstərmək lazımdır”.