İranlı qadınlar başlarını açdı
    • 11-07-2024, 08:30
    • 329

İranlı qadınlar başlarını açdı


Türk Hava Yollarının (THY) İranın paytaxtı Tehrandakı ofisi bəzi qadın işçilərinin hicab qaydalarına əməl etmədiyi üçün bağlanıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, THY-nın ofisi ötən bazar ertəsi günü bağlandıb.

Xəbərdə bildirilir ki, iranlı qadınlar THY-nın ofisinə gedərkən baş örtüklərini götürürlər. Onlar hətta polisin xəbərdarlığına da məhəl qoymurlar.

Tehran prokuroru Əli Salehi isə THY-nin ofisinin möhürlənməsi ilə bağlı məhkəmə qərarının olmadığını qeyd edib.

Xəbərdə o da bildirilir ki, ofis qısa zamandan sonra açılıb.