Uçuşların 10 %-i ləğv ediləcək
    • 11-07-2024, 09:03
    • 293

Uçuşların 10 %-i ləğv ediləcək

İstanbulda gözlənilən əlverişsiz hava şəraiti səbəbindən Sabiha Gökçen Hava Limanından saat 13.00-a qədər həyata keçirilməsi planlaşdırılan uçuşların yüzdə 10-unun ləğv ediləcəyi açıqlanıb.

News24.az xəbər verir ki, mövzu ilə bağlı Hava Limanı İdarəetmə və Aviasiya Sənayesi A.Ş. (HEAŞ) tərəfindən edilən açıqlama belədir: 

"Sabiha Gökçen Hava Limanında gözlənilən mənfi meteoroloji şərtlər səbəbiylə MADKOM tərəfindən alınan qərara görə 11.07.2024-cü il saat 13.00-a qədər olan uçuşların 10 %-i ləğv ediləcək. Uçuşunuzu aviaşirkətin saytından və zəng mərkəzindən izləyə bilərsiniz".

Günel Məlikzadə