-
- 11-07-2024, 19:12
- 663
Böyrək daşından xilas olmağın ən sadə yolu
Ən çox yayılmış xəstəliklərdən biri böyrəkdaşı xəstəliyidir. Bu, maddələr mübadiləsinin müxtəlif endogen və ya ekzogen səbəblərdən pozulması xəstəliyidir. Bəzi hallarda irsi xarakter daşıyır.
News24.az Metbuat.az-a istinadən xəbər verir ki, böyrək daşlarından azad olmağın ən asan yolu gündə ən azı 2-3 litr su içməkdir. Alimlərin araşdırmalarına görə, su içmək sidiyi sulandırır və daşların böyrəkdən keçməsini asanlaşdırır.
Bildirilib ki, limon suyunun müntəzəm istifadəsi də tərkibindəki sitrat sayəsində böyrək daşlarını əritməyə kömək edir.
Duz qəbulunun azaldılması sidikdə kalsiumun miqdarını azaltmaqla daş əmələ gəlməsinin qarşısını alır. Tərkibində kalsium oksalat olan qidalardan daha az istifadə etmək daş əmələ gəlməsi riskini azaldır. Daimi idman və məşq də böyrəklərin daha səmərəli işləməsini təmin edir.