-
- 7-05-2024, 20:55
- 528
Bu problemi olanlar alça yeməlidir
Yay mövsümünün ən sevilən meyvələrindən biridə alçadır. Təbii antioksidantdır. Tərkibindəki vitaminlər sayəsində bir çox xəstəliklərin müalicəsində istifadə oluna bilər.
News24.az Metbuat.az-a istinadən alçanın faydalarını təqdim edir:
- Alça tərkibindəki zəngin C vitamini sayəsində immunitet sistemini gücləndirir
- Normal qanın laxtalanmasını təmin edir və qan damarlarının əmələ gəlməsini dəstəkləyir
- Alçada olan fitokimyəvi maddələr və qidalar ürək xəstəliyinə səbəb ola biləcək iltihabı azaldır
- Qəbizliyi aradan qaldırır
- Toxluq hissi yaradaraq arıqlamağa kömək edir
- Dəmir çatışmazlığı kimi sağlamlıq problemlərinin müalicə prosesinə də müsbət qatqı təmin edir
- Tərkibindəki yüksək kalsium sayəsində inkişaf mərhələsində olan uşaqların sümük sağlamlığı üçün çox vacibdir
- Metabolik sürətə təsir edərək arıqlamağa kömək edir
- Tərkibindəki zəngin kaliumun nəticəsi olaraq ürək sağlamlığının qorunmasında böyük əhəmiyyət kəsb edir
- Yaşlanma prosesində təmin etdiyi yavaşlatıcı təsiri və qırışlara qarşı xüsusiyyətləri gavalıların dəri üçün faydaları arasındadır
- Saç sağlamlığını qoruyaraq, saç tökülməsi problemlərinin qarşısını alır.