-
- 11-07-2024, 12:18
- 242
Xərçəngə tutulan qazi vəfat etdi
Ötən gün haqqında məlumat paylaşdığımız kəskin lemfoblast leykoz xəstəliyindən əziyyət çəkən keçmiş hərbçi, Tovuz rayon Vahidli kənd sakini Aslanov Səxavət Tahir oğlu vəfat edib.
News24.az bildirir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.
Qeyd edək ki, 31 yaşlı Səxavət evli idi və 3 övladı var. O, Tovuz rayon Qaraqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib. “Vətən Müharibəsi İştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.