Tayvan: 66 Çin hərbi təyyarəsi aşkar edildi
    • 11-07-2024, 13:23
    • 197

Tayvan: 66 Çin hərbi təyyarəsi aşkar edildi

Tayvan Müdafiə Nazirliyinin X sosial media platformasındakı hesabından verilən açıqlamada, adanın ətrafında Çin ordusuna aid 66 təyyarə və 7 gəminin göründüyü bildirilib.

News24.az xəbər verir ki,  açıqlamada, bu təyyarələrdən 56-nın Tayvan boğazında nominal “mərkəz xəttindən” kənara çıxdığı və Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” olaraq elan etdiyi əraziyə daxil olduğu bildirilib.

Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.

Qeyd edək ki, son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.

Günel Məlikzadə