Bu festival ilk dəfə məhdudlaşdırıldı
    • 11-07-2024, 16:14
    • 194

Bu festival ilk dəfə məhdudlaşdırıldı

İspaniyanın mədəni simvollarından biri olan öküzlərin istifadə edildiyi festivallar heyvan hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının təzyiqi ilə günümüzə uyğunlaşdırılır. Bu festivallardan biri də 16-cı əsrdən qalma ənənə olan Bous a la Mardır.

News24.az xəbər verir ki, İspaniyanın milli mədəni dəyərlərindən biri kimi tanınan və Denia xalqı üçün əhəmiyyətli olan Bous a la Mar festivalının xarakterik xüsusiyyəti, küçə boyu insanlarla birlikdə marşrut boyunca qaçan öküzlər kimi tanınır. 

Öküzlərlə qaçıb dənizə tullanan insanlar sonradan öküzləri dənizdən çıxarmağa kömək edirlər.

Keçən il festivalda öküzün dənizdə boğulması qeyri-hökumət təşkilatlarının ənənəyə zidd reaksiyalarına səbəb olub, siyasətçilər bu vəziyyətə müdaxilə etməli olublar. Denia Bələdiyyəsi bu il ilk dəfə festivalı məhdudlaşdırıb.

Qəbul edilən qərara əsasən, normalda gündə iki dəfə keçirilən öküz tullanma tədbiri günorta saatlarında ləğv edilib və yalnız axşam saatlarında keçirilib.

Qeyd edək ki, bu il Deniyada ilk dəfə olaraq həm öküzlərin dənizə qaçışı, həm də festival çərçivəsində keçirilən korrida yarıbayarı azaldılıb.

Məhdudiyyətlərə baxmayaraq, 7 öküzün dənizə atıldığı festivala marağın sıx olması diqqət çəkib.

Günel Məlikzadə