Yüksək bal toplayan müəllim vəfat etdi - FOTO
    • 12-07-2024, 12:39
    • 333

Yüksək bal toplayan müəllim vəfat etdi - FOTO

Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Nəsirova Sədaqət Nəsir qızı keçirdiyi əməliyyat sonrası vəfat edib.

News24.az Metbuat.az-a istinadla bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, o, məktəbin savadlı müəllimlərindən biri olub. O, 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək, mümkün 60 baldan 54 bal toplayıb.