Torpaq sürüşməsi: Ölən və itkin düşənlər var
    • 12-07-2024, 13:21
    • 273

Torpaq sürüşməsi: Ölən və itkin düşənlər var

“The Kathmandu Post” qəzetinin yazdığına görə, Nepalın Çitvan bölgəsində eyni çayda iki ayrı yol qəzası baş verib.

News24.az xəbər verir ki, qəza nəticəsində iki avtobus sürüşərək, çaya düşüb, 63 nəfər itkin düşüb.

41 nəfəri daşıyan avtobusun torpaq sürüşməsi nəticəsində çaya düşdüyünü, 3 nəfərin isə avtobusdan atılaraq xilas olduğunu bildirib.

Qeyd edək ki, 24 nəfərlik başqa bir avtobusun da eyni səbəbdən çaya düşdüyünü, itkin düşən 62 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi açıqlanıb.

Nepalın baş naziri Puşpa Kamal Dahal sosial şəbəkədəki paylaşımında fəlakətlərdən kədərləndiyini bildirib və effektiv axtarış-xilasetmə əməliyyatlarının aparılmasını əmr edib.

Eyni zamanda, Kaski bölgəsində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib, bəzi evlər dağılıb.

Bölgə polisindən Basant Kumar Sharma 11 nəfərin cəsədinin 3 fərqli nöqtədə tapıldığını açıqlayıb.


Günel Məlikzadə