Bakıda bədbəxt hadisə - kranın trosu fəhlənin başına düşdü
    • 25-05-2019, 10:56
    • 1 058

Bakıda bədbəxt hadisə - kranın trosu fəhlənin başına düşdü

Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb.

Neews 24.az “Report”a  istinadla xəbər verir ki, hadisə Abşeron rayonu Məhəmmədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Yeddi gözəl” yaşayış kompleksində tikinti işləri aparılan zaman krandan qırılan tros orada çalışan 1989-cu il təvəllüdlü Taleh Tağıyevin üzərinə düşüb.

Nəticədə fəhlə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.