-
- 12-07-2024, 19:11
- 445
İrəvandan Qaluzinə cavab: Özümüz bilərik!
Ölkə və onun təhlükəsizlik sistemi ilə bağlı bütün problemlər Ermənistan hakimiyyəti tərəfindən dövlətin maraqlarından çıxış edərək həll olunur.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Rusiya XİN başçısının müavini Mixail Qaluzinin Ermənistanda AB missiyasının fəaliyyəti ilə bağlı narahatlığını ifadə etməsinə münasibət bildirərkən deyib.
Arşakyan əlavə edib ki, İrəvanın ikitərəfli münasibətlər çərçivəsində Moskvadan cavab gözlədiyi suallar var:
“KTMT-nin fəaliyyəti, Ermənistanın təhlükəsizlik sistemi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının icrası və ya yerinə yetirilməməsi ilə bağlı münasibətlərdə problemlər var”.
Qeyd edək ki, Qaluzin Ermənistanın ABŞ-da keçirilən NATO sammitinə qatılmasına görə İrəvanı hədələmiş, eyni zamanda, AB missiyasının fəaliyyətinin Rusiya obyektləri haqda kəşfiyyat məlumatı toplamaq olduğunu bildirmişdi.