"Fənərbaxça" Cenk Tosun ilə razılaşdı
    • 12-07-2024, 15:28
    • 291

"Fənərbaxça" Cenk Tosun ilə razılaşdı

"Fənərbaxça" Cenk Tosunu heyətinə qatıb.

News24.az xəbər verir ki, Tosunun "Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatır.

"Qara-ağlar"la yeni sözləşmədə razılaşa bilməyən 33 yaşlı mərkəz forvardı "Fənərbaxça" ilə son detalları müzakirə edir.

Qeyd edək ki. müqavilənin 1+1 il müddətinə olacağı gözlənilir. 2017-2018 mövsümündə 22 milyon 500 min avroya "Everton"a gedən Tosun İngiltərənin "Kristal Pelas" klubunda da çıxış edib. Tosun karyerası ərzində 487 matçda 195 qol vurub, 60 məhsuldar ötürmə edib.

Günel Məlikzadə