"Fənərbağça"nın hədəfi Bertuğ Yıldırımdır
    • 11-07-2024, 23:40
    • 364

"Fənərbağça"nın hədəfi Bertuğ Yıldırımdır

"Fənərbağça"nın hədəfi Bertuğ Yıldırımdır. Liqa 1 komandası Renn milli futbolçu üçün 7 milyon avroluq transfer tələb edir.

News24.az xəbər verir ki,   "Fənərbaxça" transferi 5 milyon avroya tamamlamaq istəyir.

21 yaşlı mərkəz hücumçusu sarı-göy rəngli formanı geyinməyə həvəslidir.

Bertuğ Yıldırım millinin Avro 2024-ün heyətində olsa da, vaxt tapa bilməyib.

Qeyd edək ki, ötən mövsüm “Renn”in heyətində 28 matçda iştirak edən, 6-sı start onbirdə olan gənc hücumçu 1 qol və 1 məhsuldar ötürmə edib.

Liqa 1 komandası gənc futbolçunu "Hatayspor"dan 5 milyon 400 min avroluq transfer qarşılığında heyətinə qatıb.

Günel Məlikzadə