Mişi Batşuayi üçün "Qalatasaray" iddiası
    • 19-06-2024, 21:40
    • 295

Mişi Batşuayi üçün "Qalatasaray" iddiası

Ötən mövsümü "Fənərbağça"da keçirən və iyunun 30-dan etibarən azad agent olacaq Mişi Batşuayi üçün yeni iddia irəli sürülüb.

News24.az “TRT Spor”a istinadən xəbər verir ki, sarı-göylülərin əzəli rəqibi “Qalatasaray”ın belçikalı mərkəz forvardı heyətinə qatmağa yaxın olduğu bildirilib.

Sarı-qırmızılı komandanın Batşuayi ilə xırda problemləri müzakirə etdiyi qeyd edilib.

Qeyd edək ki, ötən mövsüm "Fənərbaxça"nın heyətində 75 rəsmi oyuna çıxan Batşuayi bu matçlarda 44 qol vurub, 5 məhsuldar ötürmə edib.

Günel Məlikzadə