-
- 12-07-2024, 15:43
- 226
Şahzadə Harriyə "mübahisəli" mükafat
Şahzadə Harri ESPY Mükafatları çərçivəsində verilən nüfuzlu "Pat Tillman" mükafatını qazanıb.
News24.az xəbər verir ki, Britaniya ordusunda 10 il xidmət etmiş Susseks hersoqu 2014-cü ildə təsis etdiyi Invictus Oyunları vasitəsilə veteranlar cəmiyyətinə verdiyi mühüm töhfələrə görə mükafatlandırılıb.
Həyat yoldaşı Meghan Markle bu böyük gecədə Şahzadəni tək qoymayıb.
Şahzadə Harri çıxışında dedi:
"Həqiqət budur ki, mən burada Pat Tillman mükafatı laureatı Şahzadə Harri kimi deyil, 20-dən çox ölkədən minlərlə veteran və xidmət personalı adından təşkil edilən Invictus Games Fondunun səsi kimi dayanıram."
Onu da qeyd edək ki, ESPN-in məlumatına görə, bu mükafat “idmanla güclü əlaqəsi olan və irsini əks etdirən şəkildə başqalarına xidmət etmiş şəxsə verilir”.
Günel Məlikzadə