Dəhşətli qəza: Ölənlər var
    • 12-07-2024, 22:00
    • 321

Dəhşətli qəza: Ölənlər var

Aksarayda motosikletlə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

News24.az xəbər verir ki, Suriya əsilli Mehrullah M.-nin (19) idarə etdiyi avtomobil Nurullah Arıkın (27) idarə etdiyi motosikletlə toqquşub.

Qəzada sürücülər və nəqliyyat vasitələrində olan Erdal Yıldız (22), Sənaullah Cumalı (20) və Abdullah Çapa (23) yaralanıb.

Xəbər üzərinə qəza yerinə çox sayda jandarma və sağlamlıq qrupları sövq edilib.

Qeyd edək ki, Arık və Yıldızı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Sürücü Mehrullah M. müalicəsinin ardından polis tərəfindən saxlanılıb.

Günel Məlikzadə