Tort adı altında SİQARET KEÇİRDİ
    • 12-07-2024, 17:30
    • 340

Tort adı altında SİQARET KEÇİRDİ

Gömrükçülər Rusiya-Norveç sərhədində siqareti tort bağlamasında gizlədərək ölkədən qaçaqmalçılıq yolu ilə çıxarmağa cəhd edən qadını saxlayıblar.

News24.az xəbər verir ki, bu barədə məlumat şimal-qərb Gömrük İdarəsinin mətbuat xidməti tərəfindən verilib.

Sərhəddən keçən  avtobusun ətrafında gəzərkən müfəttiş məşhur brenddən bir qutu tort olan çanta aşkar edib. Lakin rus qadın nəzarət zamanı bunu göstərməyib. Qutuya baxış zamanı gömrük işçisi şirniyyat əvəzinə səliqəli yığılmış siqaret tapıb.

Qadın bildirib ki, guya qutunun içindəkilərdən xəbəri yoxdur.

Sonda qadına inzibati cərimə tətbiq olunaraq siqaretlər müsadirə edilib. 

Məryəm İlhamqızı