-
- 12-07-2024, 23:59
- 1 312
"Audi" zavodunu bağlayır - SƏBƏB
Brüsseldəki “Audi” elektrik avtomobil fabriki bağlanır.
News24.az xəbər verir ki, buna səbəb qlobal miqyasda elektriklə işləyən avtomobillərə tələbatın azalmasıdır. Buna görə də zavodda istehsal olunan Q8 e-tron və Q8 Sportback e-tron modellərinin istehsalını vaxtından əvvəl dayandırmağı düşünülür. Bu qərar hazırda təxminən 3 min nəfərin işlədiyi bu müəssisə üçün böyük zərbə ola bilər. Zavodda işin dayandırılması bir çox işçi üçün qeyri-müəyyən gələcək deməkdir. Bağlanmanın başqa səbəbləri də var.
Brüsseldə istehsal xərclərinin yüksək olması da bu qərara təsir edən mühüm amillərdəndir. Audi bildirir ki, yüksək logistika xərcləri bu vəziyyəti daha da çətinləşdirir. Bir sözlə, Brüsseldə istehsal digər yerlərdən baha başa gəlir. Elektrikli avtomobil bazarında tələbin azalması ilə yanaşı, şirkətin bu obyektdə istehsalın davam etdirilməsini şübhə altına almasına səbəb olub.
Bəs işçilərin taleyi necə olacaq?
Audi AG işçilərinin nümayəndələri fabrikin gələcəyindən çox narahatdırlar. Avropa VW Qrupu Biznes Şurasının Audi Komitəsinin sözçüsü Rita Bek deyib: “Audi rəhbərliyi fabrik üçün məsuliyyəti öz üzərinə götürməlidir. Ümid edirik ki, qərar prosesində davamlı və tətbiq edilə bilən həll yolu tapılacaq".
Günel Məlikzadə