-
- 12-07-2024, 23:13
- 854
92 yaşlı qadın qocalar evinin hasarından belə qaçdı
Çində qocalar evindən yaşlı qadın qaçıb.
News24.az Bakupost.az-a istinadla xəbər verir ki, 92 yaşlı Şandun qocalar evində qalmaq istəmədiyindən qaçış planı qurub.
Boyu 1.60 sm olan qadın qocalar evini küçədən ayıran 2 metrlik hasardan asanlıqla aşıb və heç bir zədə almayıb.
Müşahidə kameralarına düşən görüntülərdə ahıl qadının cəmi 30 saniyəyə artıq küçəyə aşdığı görünür.
Direktorun bildirdiyinə görə, o çox uzağa getməyib, çünki heç yeri tanımır. Altsheymer xəstəliyindən əziyyət çəkən qadın əvvəllər fitneslə məşğul olub.
Qadını pansionata qaytarıblar.