-
- 6-05-2024, 23:50
- 531
Qocalar evində ailə qurdular
Kocaeli Gebze Qocalar Evinin sakinləri Fatma Özer və Ekrem Şimşək həyatlarını birləşdirməyə qərar veriblər.
News24.az xəbər verir ki, cütlüyün toy mərasimi qocalar evində keçirilib. Onların xahişi ilə ikinci baharını yaşayan cütlüyün toyunu Gebze Bələdiyyə Başçısı Zinnur Büyükgöz edib.
Bələdiyyə başqanı Büyükgöz qocalar evinin sakinlərinin qatıldığı sadə toy mərasimində cütlüyə iki dünya xoşbəxtliyi arzulayıb.
Qeyd edək ki, cütlüyün qocalar evində yaşamağa davam edəcəyi öyrənilib.
Günel Məlikzadə