İlon Mask Trampın seçki kampaniyasına pul köçürdü
    • 13-07-2024, 19:59
    • 213

İlon Mask Trampın seçki kampaniyasına pul köçürdü

Milyarder İlon Mask Donald Trampın seçki kampaniyasına külli-miqdarda pul köçürüb.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə yazı “Bloomberg“də dərc olunub.

Məqalədə göstərilir ki, hazırda seçki kampaniyasına toplanan vəsaitin həcminə əsasən Donald Tramp Co Baydeni üstələyib.

Bu arada, demokratların son debatlardakı uğursuzluqları nəticəsində partiya daxilində Co Baydenin daha uğurlu namizədlə əvəz edilməsi tələb olunub.

Hətta bəzi sponsorlar, bu baş verməsə seçki kampaniyasına vəsait ayrılmayacağı barədə xəbərdarlıq edib.