-
- 14-07-2024, 12:11
- 442
Paşinyan Makronu Ermənistana dəvət etdi
Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makrona 14 iyul Milli Bayram münasibətilə təbrik məktubu göndərib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib.
Paşinyan qeyd edib ki, yüksək səviyyədə sıx siyasi dialoq və bütün sahələrdə dinamik inkişaf edən əməkdaşlıq İrəvan və Paris arasında strateji əməkdaşlığın inkişaf yollarını müəyyən etməyə imkan verir.
Erməni baş nazir Makronu bu ilin sentyabrında Ermənistana səfərə dəvət edib.