Paşinyan Makronu Ermənistana dəvət etdi
    • 14-07-2024, 13:50
    • 290

Paşinyan Makronu Ermənistana dəvət etdi


Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makrona 14 iyul - Fransa Milli Günü münasibətilə təbrik məktubu göndərib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib.

Məlumata görə, Paşinyan Makronu bu ilin sentyabrında Ermənistana səfərə dəvət edib.

O qeyd edib ki, yüksək səviyyədə sıx siyasi dialoq və bütün sahələrdə dinamik inkişaf edən əməkdaşlıq İrəvan və Paris arasında strateji əməkdaşlığın inkişaf yollarını müəyyən etməyə imkan verir.