Teylor Sviftin Milan konserti izdihamlı keçib
    • 14-07-2024, 18:43
    • 172

Teylor Sviftin Milan konserti izdihamlı keçib


Amerikalı müğənni Teylor Sviftin Milanın “San Siro” stadionunda keçirilən konsertini 65 min tamaşaçı izləyib.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, “The Eras Tour” konsert turu çərçivəsində “San Siro”da ikigünlük konsert proqramının ilk günündə səhnəyə çıxan pop musiqisinin kraliçası sevilən hitlərini və yeni albomundan mahnıları səsləndirib. Tamaşaçıları italyanca salamlayan dünyaşöhrətli müğənni bu unudulmaz gecə üçün hər kəsə təşəkkürünü bildirib.

İyulun 14-dəki konsertində isə o, dünyanın hər yerindən gələn 70 min insanın qarşısında çıxış edəcək.

Teylor Svift sonuncu dəfə 13 ildən bundan əvvəl İtaliyada konsert verib.