-
- 5-07-2024, 14:55
- 307
Almaniyada bir şəhərin adı Taylor üçün dəyişdirildi
Musiqi karyerası boyunca bir çox rekordlar qıran və aldığı mükafatlarla tarix yazan Svift "Eras" adlı dünya turu ilə pərəstişkarları ilə görüşməyə davam edir.
News24.az xəbər verir ki, müğənni bu ay Almaniyada üç konsert verəcək. Gelzenkirxendə konsert verməyə hazırlaşan müğənniyə möhtəşəm jest edilib.
Sviftin şərəfinə şəhərin adı müvəqqəti olaraq "Swiftkirchen" olaraq dəyişdirilib. “Swiftkirchen” yazılan lövhə pop ikonasının çəhrayı portreti ilə bəzədilib və şəhərin mərkəzində yerləşir.
Qeyd edək ki, 34 yaşlı Svift iyulun 17-18 və 19-da şəhərdə konsert verəcək.
Günel Məlikzadə