Bitcoin 63 min dollara ÇATDI
    • 15-07-2024, 11:13
    • 327

Bitcoin 63 min dollara ÇATDI

ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra Bitcoin kriptovalyutasının qiyməti 62 min dolları ötüb.

News24.az xəbər verir ki, Coinmarketcap analitik şirkətinin məlumatlarına görə, qlobal, o cümlədən Bitcoin kriptovalyuta bazarın dəyəri 24 saat ərzində 4,1 faiz artaraq 2 trilyon 300 milyard dollara çatıb.

Son 24 saatda  qiymətində təxminən 4,6 faiz artım yaşayan bitcoin 62 min 922 dollara yüksəlib.

Bazar dəyərinə görə ikinci yerdə olan Ethereum son 24 saatda 4,7 faiz dəyər qazanaraq 3 min 353 dollar səviyyəsinə yüksəlib.

Analitiklər bildirirlər ki, Bitcoin və digər kriptovalyutaların qiymətlərindəki artım onlar haqqında müsbət şərhlər verən Trampa sui-qəsd cəhdindən sonra prezidentlik yarışında qalib gəlmə ehtimalının artacağı gözləntiləri səbəbindən baş verib.

Xatırladaq ki, ötən gün Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə kürsüdən tərəfdarlarına müraciət edərkən hücuma məruz qalıb.

Sağ qulağından yaralanan Trampın səhhətinin yaxşı olduğu bildirilib.

Məryəm İlhamqızı