"Bitcoin" 24 saatda 7% ucuzlaşdı
    • 5-07-2024, 09:41
    • 217

"Bitcoin" 24 saatda 7% ucuzlaşdı

Bitkoin ucuzlaşmağa davam edir.

News24.az xəbər verir ki, Bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 7,8 faiz azalaraq 1 trilyon 74 milyard dollara düşüb.

Analitiklər Bitkoin və digər kriptovalyutaların qiymətlərinin azalmasının Mt.Gox birjasının 2014-cü ildə oğurlanmış aktivlərin sahiblərinə paylanması prosesinə başlaması səbəbindən baş verdiyini bildiriblər.

Qeyd edək ki, hazırda fəaliyyət göstərməyən Mt.Gox Exchange-in bu ay təxminən 10 milyard dollar dəyərində kripto aktivlərini tədricən sahiblərinə paylayacağı və bu aktivlərin bir hissəsinin satılacağı gözlənilir.

Analitiklər bildirirlər ki, ABŞ-da prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik kriptovalyutalarda da satış təzyiqi yaradır.

Onu da bildirək ki, saat 08:00-a olan məlumata görə, son 24 saatda qiyməti təxminən 8 faiz ucuzlaşan bitkoin 54 min 490 dollar səviyyəsinə düşüb.

Eyni zamanda, bazar dəyərinə görə ikinci yerdə olan Ethereum da son 24 saatda yüzdə 10 dəyər itirərək 2 min 900 dollar səviyyəsinə düşüb.

Günel Məlikzadə