-
- 15-07-2024, 13:35
- 228
Şimali Koreya bu görüşü qınadı
Yonhap-ın Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən verdiyi xəbərə görə, Şimali Koreya Kişidanın Almaniyaya səfərini və Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) ilə Almaniya ordusu arasında qida, yanacaq və sursat paylaşma prosesini sadələşdirmək üçün imzalanan razılaşmanı qınayıb.
News24.az bildirir ki, müqaviləni "müharibə cinayətləri törədən iki ölkə arasında gizli hərbi razılaşma" olaraq xarakterizə edən Pxenyan administrasiyası sözügedən iki ölkəni "regional gərginliyi artıran müharibə təlimləri keçirmək üçün əməkdaşlıq etməkdə" günahlandırıb.
Şimali Koreya həmçinin NATO-nun Hind-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı artırmaq addımını qınayıb. ABŞ, Cənubi Koreya və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımların “NATO-nun Asiya versiyasını yaratmaq cəhdi” olduğunu iddia edib.
Günel Məlikzadə