Şimali Koreya Cənubi Koreya ilə əməkdaşlığı ləğv etdi
    • 8-02-2024, 11:15
    • 266

Şimali Koreya Cənubi Koreya ilə əməkdaşlığı ləğv etdi

Şimali Koreya KXDR Ali Xalq Məclisinin (SPA) Rəyasət Heyətinin XXX plenar iclasında Koreyalararası iqtisadi əməkdaşlıq haqqında qanunu ləğv edib,

News24.az xəbər verir ki, bu barədə “KCNA” xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu addım Şimali və Cənubi Koreya arasında artan gərginlik fonunda atılıb.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sonunda Koreyalararası əlaqələri bir-birinə düşmən olan iki dövlət arasında əlaqə kimi təsvir etdiyi üçün bir aydan az əvvəl Şimali Koreya Koreyalararası işlərlə məşğul olan agentlikləri ləğv etdi.

Mehriban Mirzəzadə