Cənubi Koreyadan müharibə planı
    • 14-03-2024, 18:44
    • 228

Cənubi Koreyadan müharibə planı

Rusiya mətbuatının məlumatına görə, Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik yarımadada yeni müharibə başlayacağı təqdirdə Şimali Koreya lideri Kim Çen In və digər yüksək rütbəli məmurların Pxenyanda sürətlə öldürülməsinə göstəriş verib.

News24.az xəbər verir ki, Şin bu gün əmr verib. Cənubi Koreya Ordusunun Xüsusi Müharibə Komandanlığını Şimali Koreya liderlərini məhv etməyə hazırlaşmağa çağırıb.

Şin Cənubi Koreyanın ABŞ hərbçiləri ilə davam edən “Azadlıq Qalxanı” hərbi təlimi fonunda xüsusi təyinatlılar komandanlığına səfər edib.

Şimali Koreya lideri Kim bu cür birgə təlimləri Şimali Koreyanın işğalı və müharibə üçün təxribat üçün "məşq" kimi xarakterizə edir.

Günel Məlikzadə