Kim Çen In: “Müharibəyə hazırlaşmağın vaxtıdır”
    • 11-04-2024, 15:20
    • 905

Kim Çen In: “Müharibəyə hazırlaşmağın vaxtıdır”

Şimali Koreya lideri Kim Çen In Kim Çen İr Hərbi və Siyasət Universitetində sahə təlimatı verib.

News24.az xəbər verir ki, Şimali Koreya son illərdə silah sənayesini gücləndirib. Rusiya ilə daha sıx hərbi və siyasi əlaqələr qurub.

KCNA-nın məlumatına görə, Kim universitet işçilərinə, tələbələrinə “Düşmən Şimali Koreya ilə hərbi münaqişəyə girməyi seçərsə, Şimali Koreya əlində olan bütün vasitələri səfərbər edəcək və düşmənə çəkinmədən ölümcül zərbə endirəcək” deyib.

Şimali Koreya ətrafında mürəkkəb beynəlxalq vəziyyəti və qeyri-müəyyən hərbi fəaliyyətə istinad edərək, Şimali Koreya lideri bildirib ki, müharibəyə hər zamankindən daha hərtərəfli hazırlaşmağın vaxtı çatıb.

Qeyd edək ki, Şimali Koreya son aylarda birgə təlimlər keçirən ABŞ və Cənubi Koreyanı “müharibə manevrləri” adlandırdığı hərəkətlər edərək hərbi gərginliyi artırmaqda ittiham edib.

Günel Məlikzadə