Meşədə yanğın BAŞ VERDİ
    • 15-07-2024, 15:29
    • 143

Meşədə yanğın BAŞ VERDİ

Alaçatı məhəlləsi Delikliköydə meşə sahəsində səbəbi müəyyən edilməmiş yanğın çıxıb.

News24.az xəbər verir ki, bölgəyə İzmir Regional Meşə Təsərrüfatı İdarəsinə məxsus 2 təyyarə, 4 helikopter, 16 su maşını, 3 su təchizatı maşını, 3 dozer və yerüstü ekipaj göndərilib.

Küləyin təsir etdiyi ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Digər tərəfdən, Çeşme bələdiyyə sədri Lal Dənizli əhalini dəstəyə çağırıb.

"Çeşmənin dəyərli sakinləri, Alaçatı limanı ərazisində baş verən yanğın səbəbindən təcili su tankerinə ehtiyacımız var. Su tankerləri olan vətəndaşlarımızdan təcili dəstək gözləyirik. Bilmənizi istəyirəm ki, biz komandalarımızla birlikdə yanğın zonasındayıq və yanğını idarə etmək üçün bütün gücümüzlə işləyirik. İnanıram ki, bu çətinliyi sizin köməyinizlə birlikdə aradan qaldıracağıq. Hamınıza əvvəlcədən təşəkkür edirik."

Məryəm İlhamqızı