4 yerdə meşə yanğını
    • 14-06-2024, 22:30
    • 153

4 yerdə meşə yanğını

Türkiyədə Muğla, Dənizli və Balıkəsirdə 4 yerdə baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə davam edir.

News24.az xəbər verir ki, Muğlada qırmızı şam ağacları ilə əhatə olunmuş meşədə saat 12.30 radələrində yanğın baş verib.

Ərazidən tüstü qalxdığını görənlər 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.

Xəbərdarlığın ardından bölgəyə Muğla Meşə Region Müdirliyinə aid 6 təyyarə, 5 helikopter, 12 su tankeri, 8 su təchizatı maşını və çoxlu sayda personal göndərilib.

Qeyd edək ki, Muğlada ikinci meşə yanğını Milasda baş verib.

Xəbər verildikdən sonra bölgəyə çoxlu qruplar göndərilib. Komandalar alovlara havadan və qurudan müdaxilə etməyə davam edir.

Balıkəsirdə İvrindi rayonunda meşə yanğınının nəzarət altına alınması üçün işlər aparılır.

Rayonun Kınık kəndi yaxınlığındakı meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Xəbər üzərinə Balıkesir Meşə Region Müdirliyi qrupları yanğından təsirlənən bölgəyə sövq edilib.

Havadan və qurudan müdaxiləyə başlayan qruplar, yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.

Dənizlinin Babadağ rayonunda baş verən meşə yanğınına qurudan və havadan müdaxilə edilir.

Yeniköy Məhəlləsi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Xəbər üzərinə Dənizli Meşə Region Müdirliyi qrupları bölgəyə sövq edilib.

Havadan və qurudan müdaxiləyə başlayan qruplar, yanğını idarə etmək üçün işlərini davam etdirir.

Günel Məlikzadə