Suriyada Parlament seçkiləri BAŞLADI
    • 15-07-2024, 16:13
    • 202

Suriyada Parlament seçkiləri BAŞLADI

Suriyada Parlament seçkiləri başlayıb.

News24.az xəbər verir ki, Suriya parlamentində 250 yer uğrunda 500-dən çox namizəd mübarizə aparır. 

Suriyanın ali məhkəmə seçki komitəsinin sədri Cihad Murad bildirib ki, ölkə üzrə 8100-dən çox seçki mərkəzi fəaliyyət göstərəcək. 

Suriya Prezident Aparatının yaydığı bəyanatda Suriya prezidenti Bəşər Əsədin parlament seçkilərində səs verdiyi bildirilib.

Bəyanatda, "Prezident Bəşər Əsəd Dəməşqdəki seçki mərkəzində Xalq Şurasının üzvlərinə seçkilərdə səs verib" - deyə qeyd olunub.

Məlumat üçün qeyd edək ki, 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra ölkədə 2012, 2016 və 2020-ci illərdə 3 dəfə ümumi seçkilər keçirilib.

Məryəm İlhamqızı