Kütləvi qadın qətli: 42 qurban
    • 15-07-2024, 21:10
    • 209

Kütləvi qadın qətli: 42 qurban

Keniya polisi 42 qadını öldürdüyünü və parçalanmış cəsədlərini Nayrobidə zibilliyə atdığını etiraf edən qatili həbs edib.

News24.az xəbər verir ki, polisin baş müfəttişinin səlahiyyətlərini icra edən Duqlas Kanja bildirib: 

"33 yaşlı Collins Jumaisi Khalusha kimi tanınan əsas şübhəli bu gün barın yaxınlığında həbs edilib".

Cinayət Axtarış İdarəsinin rəisi Mohammed Amin jurnalistlərə açıqlamasında "Şübhəli şəxs 42 qadını aldatdığını, öldürdüyünü və zibilliyə atdığını etiraf edib" dedi.

Cümə günündən bəri paytaxtın cənubundakı Mukuru gecəqondu bölgəsindəki zibillikdən plastik torbalara bükülmüş doqquz parçalanmış cəsəd çıxarılıb.

"İnsan həyatına hörmət etməyən psixopatik qatillə üz-üzəyik" Amin deyib.

Günel Məlikzadə