Venesiyaya giriş haqqı - 2,2 milyon avro toplandı
    • 15-07-2024, 17:11
    • 152

Venesiyaya giriş haqqı - 2,2 milyon avro toplandı

Kütləvi turizmin təsirlərindən qorunmaq üçün İtaliyanın Venesiya şəhərində istifadəyə verilmiş 5 avroluq “ayaqbastı haqqı” tətbiqinin sınaq mərhələsi başa çatıb.

News24.az xəbər verir ki, Venesiya Bələdiyyəsi illərdir müzakirə olunan giriş haqqı layihəsinə ötən ilin aprelində başlayıb. Aprelin 25-dən iyulun 14-dək həftə sonu kimi məşğul olacağı gözlənilən 29 gün müəyyən edilib və şəhər mərkəzinə gündəlik girişlər ödənişə tabe olub.

Yerli mətbuatın hesablamalarına görə, bu müddət ərzində həmin haqdan azad edilənlər istisna olmaqla, hər gün təxminən 440 min insan şəhərə giriş edib və ümumilikdə 2,2 milyon avro gəlir əldə olunub.

5 avro giriş haqqı göstərilən tarixlərdə saat 08.30-16.00 arasında Venesiyaya gedən, lakin orada qalmayan ziyarətçilər tərəfindən ödənilib. 14 yaşdan kiçik uşaqlar, sakinlər, şəhər işçiləri ödənişlərdən azad edilib. Bundan əlavə, Venesiyada mehmanxanalar kimi yaşayış obyektlərində qalanlar artıq turizm vergisi ödədikləri üçün şəhərə giriş haqqı ödəməyiblər. Digər tərəfdən, ödənişdən azad olan qruplar platformada qeydiyyatdan keçməli və sənədləri şəhərdəki nəzarət-buraxılış məntəqələrində təqdim etməli olub, bu da əməliyyatla bağlı mürəkkəblik və reaksiyalara səbəb olub. Tətbiqin məxfilik prinsipini pozduğunu iddia edənlər də var. 

Şəhər sakinləri tərəfindən qurulan bəzi birliklər də giriş haqqının Venesiyanı əyləncə parkına çevirdiyini və əsas problemləri həll etməkdən uzaq olduğunu əsas gətirərək bu təcrübəyə qarşı çıxıblar.

Venesiya bələdiyyə sədri Luici Brugnaro: "Giriş haqqının məqsədi şəhəri sakinlər, burada işləyənlər, tələbələr və turistlər üçün yaşana bilən etməkdir", - deyə qeyd edib. 

Alınan məlumatlara görə, bu, sınaq müddətində turistlərin sayı baxımından heç bir fərq yaratmayıb.

Məryəm İlhamqızı