17 terrorçu zərərsizləşdirildi
    • 15-07-2024, 22:20
    • 149

17 terrorçu zərərsizləşdirildi

İraqın şimalında Metina və Qara bölgələrində, Suriyanın şimalında isə Sülh çeşməsi bölgəsində 17 terrorçu zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamada qeyd edilib:

"Terrorçular üçün qaçacaq yer, onlar üçün təhlükəsiz yer yoxdur. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraq və Suriyanın şimalında 17 PKK/YPG terrorçusunu zərərsizləşdirib".

Günel Məlikzadə