-
- 16-07-2024, 11:30
- 186
FTB çarəsiz vəziyyətdədir
Ötən şənbə Pensilvaniyada keçmiş prezident Donald Trampa sui-qəsd olub. Hücumdan sonra Federal Təhqiqat Bürosu (FTB) işə başlayıb.
News24.az xəbər verir ki, FTB diqqətini təcavüzkarın telefonunu sındırmağa cəmləyib. Amma hazırda işlər onların istədiyi kimi getmir. FTB təcavüzkarın telefon parolunu sındıra bilmir.
Hər kəs isə FTB-nin bu telefonun şifrəsini necə sındıracağını maraqla gözləyir.
Qeyd edək ki, hücum edən şəxs 20 yaşlı Tomas Metyu Kruksdur. Pensilvaniya ştatının Bethel Park şəhərindən olan Kruksun motivasiyasını anlamaq üçün araşdırmalar davam edir.
Günel Məlikzadə