Evinə təmizlik üçün gələn qadınla intim əlaqədə olub, daha sonra ÖLDÜRDÜ: Cəsədini hissələrə böldü
    • 16-07-2024, 12:09
    • 949

Evinə təmizlik üçün gələn qadınla intim əlaqədə olub, daha sonra ÖLDÜRDÜ: Cəsədini hissələrə böldü

Ötən ay Türkiyədə baş vermiş dəhşətli cinayətin təfərrüatları məlum olub.

News24.az "Hürriyet"ə istinadən xəbər verir ki, 23 yaşlı Erva Raziye Asar 15 İyun tarixində sosial media hesabından "İş axtarıram" deyə elan verib. Fethi Dağlı adlı şəxs isə bu elanı görərək "Şule" adlı saxta hesabdan Asar ilə ev təmizliyi üçün əlaqə qurub. 

Məlumata görə, iş görüşməsi üçün Dağlı'nın evinə gedən gənc qızdan bir müddət sonra əlaqə kəsilib. Qızı ilə əlaqə qura bilməyən Asar'ın anası Nazik Asar, 19 İyunda polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib. Asayiş Şöbəsi gənc qadının son görüldüyü andan başlayaraq araşdırma başladıb. Asar'ın sonuncu olaraq Fethi Dağlı'nın evinə daxil olduğu və oradan bir daha çıxmadığı müəyyən edilmişdi. Həbs edilən Dağlı, ilk görüşməsində "O mənim evimə gəldi, səhər yeməyi etdik, sonra getdi" deyə bildirmişdi. Daha sonra cinayəti etiraf edən Dağlı, Asar'ın cəsədini atmış olduğu inşaat ərazsinin ünvanını vermiş və həbs edilərək cəza evinə göndərilmişdi.

Fethi Dağlı'nın cinayətdən sonra 20 gün həyatına normal şəkildə davam etdiyi barədə detallı kamera görüntüləri ortaya çıxarılmışdı. Polislərin ətraflı incələdiyi kamera görüntülərinə əsasən, Erva Raziye Asar hadisə günü iş görüşməsi üçün saat 09:00-da Fethi Dağlı'nın evinə girib. Eyni gün, 11:00 səhər vaxtında Dağlı içində qara zibil torbaları olan market zəmbili ilə küçədə gəzib. Dağlı evinin tualetində parçalara böldüyü gənc qadının cəsədini 6 qara zibil paketə qoyub və onu bir inşaat ərazisinin boşluğuna atıb.

Erva Raziye Asar 19 İyun tarixindən bəri itkin olmasına baxmayaraq, onun ailəsi yazdıqları mesajlara cavab verdiyini iddia edib. Gənc qadının telefonu, Dağlı'nın işlədiyi yerin yaxınlığında tapılmışdı. Hər iki şəxsin telefonları "Siber Suçlarla Mücadele Daire Başkanlığı"na göndərilmişdi. Yoxlamalar nəticəsində, Dağlı'nın gənc qadını öldürdükdən sonra cinayət məsələsini ortaya çıxarmamaq üçün telefonuna gələn mesajlara cavab verdiyi müəyyən edilmişdi. Ortaya çıxan telefon danışıqlarında isə, ailənin "Niyə evə gəlmirsən?" mesajına, Dağlı'nın gənc qadının telefonundan "Yaxşıyam, məni axtarmağa ehtiyac yoxdur. İtkin məlumatı təxirə salın, mən gələcəyəm" deyə mesajlar atdığı təsbit olunmuşdu.

Aqil Qarayev